Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi Azərbaycanın Birinci vitse-prezidenti və Birinci xanımı Mehriban Əliyeva, Gürcüstanın Birinci xanımı Tamar Baqrationi və Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze ziyarət etdilər.
Qonaqlara muzeyin zəngin ekspozisiyası təqdim olundu, Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı, eləcə də Azərbaycan mədəni irsinin mühüm nümunələri haqqında ətraflı məlumat verildi.
Ziyarət çərçivəsində mədəni irsin qorunması, eləcə də Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafı məsələləri xüsusi vurğulandı.
Qonaqlar muzeyin nəzdində fəaliyyət göstərən Axundov kafesini də ziyarət etdilər.