26 fevralda Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbir Azərbaycan səfirliyinin dəstəyi və Axundov Muzeyinin təşəbbüsü ilə baş tutdu. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri, ictimai xadimlər, gürcü analitikləri və ekspertlər iştirak etdilər.