Bu gün Axundov Muzeyində azərbaycanlı rəssam Könül Bayramovanın “Sərhədsiz Sevgi” adlı sərgi-satışı keçirildi. Ana Gününə həsr olunmuş bu sərgidə rəssamın ana məhəbbətini və qadının ruhani gücünü əks etdirən əsərləri təqdim olundu.
Sərgidə incəsənətsevərlər Könül Bayramovanın işlərini yaxından izləmə və bəyənilən əsərləri əldə etmə imkanı qazandılar. Rəssamın fırçasından süzülən sevgi və duyğular hər bir tamaşaçının qəlbinə toxundu.
Axundov Muzeyi incəsənətin və mədəniyyətin inkişafına dəstək verməyə davam edir. Sərgimizə göstərilən marağa görə hər kəsə təşəkkür edirik!