Açıqdır: çərşənbə axşamı-bazar 10:00-18:00
Əvvələ qayıt

Türkiyədən gələn tələbələr Axundov muzeyini ziyarət etdilər

Ahıskalı Könüllü Təhsilçilər Birliyi Dərnəyinin təşkilatçılığı ilə Gürcüstana səfər edən, Türkiyənin müxtəlif universitetlərində təhsil alan 24 nəfərlik tələbə qrupu Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, Mirzə Fətəli Axundovun həyatı və yaradıcılığı, eləcə də Gürcüstandakı Azərbaycan mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər. Ziyarət səmimi görüş və xatirə şəkilləri ilə yekunlaşıb.

Məxfilik Siyasəti / İstifadə Şərtləri