Heydər Əliyev Parkı Azərbaycan-Gürcüstan dostluğunun rəmzidir.
14 iyun 2004-cü ildə park tarixi mərkəz olan Tbilisinin Abanotubani (Şeytanbazar) rayonunda yaradılıb. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucalır. Büstünün hündürlüyü postamentlə birlikdə dörd metrdir. Parkda mütəmadi olaraq Azərbaycanın ümummilli liderinin şərəfinə anım tədbirləri, eləcə bayramlar keçirilir.